04 mart 2014, 16:20
Fuad Abbasovdan, Moskva, Rusiya Federasiyası
Hörmətli cənab Prezident!
Azərbaycan xalqının böyük oğlu, ulu öndərimizin layiqli davamçısı kimi Sizin Azərbaycanın tanınmış dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı Əliş Cəmil oğlu Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi barədə imzaladığınız Sərəncama görə Sizə və Sizin simanızda bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Bu çox layiqli addımdır, Sizə halal olsun!
Möhtərəm Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır və belə xeyirxah işlərinizə görə minnətdarlığımı bildirirəm. Bir daha Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Abbasov Fuad İzi oğlu.
Rusiya Federasiyası, Moskva şəhəri.