Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və elm, təhsil, tibb sahələrində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar elm xadimi”
Qafarov Aydın Məmiş oğlu
“Əməkdar müəllim”
Cəfərova Bahar Cumay qızı
“Əməkdar həkim”
Şıxlınski Əliağa Osman oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2013-cü il.