Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 681; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 141; 2004, № 5, maddə 312) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qanunla təsdiq edilmiş “Tərəqqi” medalının təsviri”ndə:
1.1. birinci hissədə “35 mm diametrli girdə” sözləri “36 mm diametrli dairəvi” sözləri ilə əvəz edilsin, “kənarları” sözündən sonra “yaşıl minalı” sözləri əlavə edilsin;
1.2. üçüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin;
1.3. dördüncü hissədə:
1.3.1. “27 mm x 43 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə, “beşguşəli” sözü “düzbucaqlı” sözü ilə əvəz edilsin;
1.3.2. hissəyə aşağıdakı məzmunda cümlələr əlavə edilsin:
“Xara lentin sağ və sol kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm, 2 mm və 1 mm enində göy rəngli üç şaquli zolaq yerləşir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü bürünc rəngli təbəqə bərkidilir.”;
1.4. beşinci hissədə “üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm” sözləri “eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.
2. Həmin Qanuna əlavə edilmiş “Tərəqqi” medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il.