İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur

03 may 2013, 14:15
İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur.

Dövlətimizin başçısı Cümə Məscidinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.

Prezident İlham Əliyevə məlumat verildi ki, ibadətgahın təməli 1989-cu ildə qoyulmuşdur. 2003-cü ildə istifadəyə verilən məscidin ərazisi 4,5 hektardır. Burada, eyni zamanda, 500 nəfər ibadət edə bilər. Məscid 2011-ci ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev burada olarkən verdiyi tapşırığa müvafiq olaraq əsaslı təmir edilmişdir. Burada 34 metr hündürlüyündə minarə ucaldılmışdır. Mehrab yenidən qurulmuş, günbəzin daxilinə “Qurani-Kərim”dən ayələr həkk olunmuş, döşəmə əsaslı təmir edilmişdir. Məscidin istilik və elektrik sistemləri də tamamilə yenilənmiş, divarları üzlük daşlarla üzlənmiş, hasarı yenidən qurulmuşdur.

Azərbaycan Prezidenti məscidin axundu ilə söhbət etdi.

Axund Rauf SƏRDAROV dövlətimizin başçısını salamlayaraq dedi:

-Cənab Prezident, şəhərimizə xoş gəlmisiniz! Sizi ikinci dəfə şəhərimizin Cümə Məscidində görməyimiz bizi çox sevindirir, xoşhal edir. Siz iki il bundan əvvəl bu məscidə baxmışdınız. Layihə hazırlanması, bərpa işləri görülməsi üçün tapşırıq vermişdiniz.

Allaha şükürlər olsun ki, əsaslı surətdə bərpa olunan, yeni minarəsi tikilən məscidimiz bu gün möminlərin ixtiyarına verilir.

Bu, bizi çox sevindirir. Bu, Sizin dinimizə olan məhəbbətiniz və sayğınızdır. Sizə minnətdarıq.

Cənab Prezident! Sizin bu gün buraya gəlişiniz bir neçə cəhətdən bizim üçün bayramdır. Əvvəla ölkənin rəhbəri şəhərimizə, məscidimizə gəlib. Bu, bizim üçün bayramdır. Bu gün həm də məscidimizin açılışı olacaqdır. Bu, ikinci bayramdır.

Üçüncü bayram isə məscidimizin adı ilə bağlıdır. Bu, “Cümə” məscidi adlanır. Siz də çox gözəl gündə, cümə günündə buraya gəlmisiniz. Cümə günündə də yüz minlərlə insan bir araya yığışıb ibadət, dua edirlər. Cümə Allahın rəhminin yerdə nazil olan günüdür.

Bundan əlavə, cənab Prezident, sonuncu peyğəmbərimiz, İslam dininin banisi həzrəti Rəsulullahın qızı Fatimeyi-Zəhranın doğum günüdür. Bu da bir gözəl gündür.

Axund Rauf Sərdarov Sumqayıtdan olan zəvvarların Həcc ziyarətinin təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdi. Eyni zamanda, Azərbaycanda dini-mənəvi dəyərlərin qorunması, məscidlərin, ziyarətgahların inşası və bərpası istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi böyük işlərin davam etdirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək dedi:

-Bütün bunlar üçün biz Sizə təşəkkür edir, Ulu Öndərə rəhmət diləyirik. Allah Sizi qorusun. Allah Sizə, ailənizə xoşbəxtlik, səadət nəsib etsin. Qoy bu əmin-amanlıq, abadlıq ölkəmizdən heç vaxt əskik olmasın. Cənab Prezident, Allah Sizi hifz etsin.

Dövlətimizin başçısına “Qurani-Kərim” hədiyyə olundu.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Doğrudan da əlamətdar bir gündür. Mən iki il bundan əvvəl gəlmişdim. Tikinti işlərinə bərabər baxırdıq. İndi ən yüksək səviyyədə tikilibdir. Həm xarici görünüşü, həm daxili tərtibatı gözəldir. Faktiki olaraq, yenidən tikilibdir. Minarəsi tikilibdir. Bütün lazımi şərait vardır. İstilik, kondisioner, böyük həyət vardır. Yəni, burada ibadət üçün bütün imkanlar vardır. Bu məscid bir sənət, memarlıq əsəridir. Elə də olmalıdır. İki minə yaxın məscid vardır. Onların böyük əksəriyyəti müstəqillik dövründə tikilibdir. İndi qədim vaxtlardan bizə miras qalan məscidlərin bərpası ilə də məşğuluq.

Bu yaxınlarda Azərbaycanın ən qədim məscidi olan Şamaxı Cümə Məscidinin də açılışını edəcəyik. Bu məscid 743-cü ildə tikilibdir. İndi onun yenidən tikilməsi başa çatır. Orada köçürülmələr də var idi, yollar genişləndirildi.

Bakıda dini, tarixi abidələrimizin bərpasından da dəfələrlə söhbət aparmışıq. Təzəpir Məscidi, Bibiheybət Məscidi, Əjdərbəy Məscidi.

Binəqədidə ölkəmizin ən böyük məscidi tikilib. Bu, həm bizim müqəddəs dinimizə olan münasibətimizdir, eyni zamanda, İslam aləmində Azərbaycan indi çox görkəmli yer tutur. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə mötəbər tədbirlər keçirilir.

Müsəlman aləmində Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir. Nəinki Azərbaycanda, müsəlman aləmində İslam həmrəylinin gücləndirilməsi üçün biz əlimizdən gələni əsirgəmirik. Belə gözəl, dini, tarixi abidələrin tikintisi, bərpası bundan sonra da davam etdiriləcəkdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
12:20
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11...

15 may 2025, 12:20
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
11:50
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin...

15 may 2025, 11:50
SƏNƏDLƏR Qanunlar 15 may 2025
11:48
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi...

15 may 2025, 11:48
SƏNƏDLƏR Fərmanlar 15 may 2025
11:46
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 191-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis...

15 may 2025, 11:46
SƏNƏDLƏR Qanunlar 15 may 2025
11:40
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”...

15 may 2025, 11:40