Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 sentyabr 2010, 19:45

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar İncəsənət Xadimi”

Allahverdiyev Vasif Kərim oğlu
Əzimov Aydın Kərim oğlu

“Əməkdar Artist”

Axundov Bəxtiyar Ağayar oğlu
Cahangirova Dilarə Eynullayevna
Əliyeva Dinara Fuad qızı
Əliyeva Viktoriya Həsən qızı
Kuznetsov Vladislav Aleksandroviç

“Əməkdar Mədəniyyət İşçisi”

Qasımov Kazım Qasım oğlu
Qasımov Nemət Yusif oğlu
Rzayev Abuzər Səlman oğlu

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2010-cu il