İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib

19 oktyabr 2021, 18:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanı qəbul edib.

Nazir Qordan Grliç Radman Xorvatiya rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya rəhbərliyinə çatdırmağı xahiş etdi.

Görüşdə Qordan Grliç Radmanın Azərbaycana səfərinin ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılması üçün yaxşı imkan yaratdığı bildirildi, Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafından məmnunluq ifadə edildi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulandı, turizm sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Söhbət zamanı Xorvatiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olduqları bildirildi.

Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinə toxunuldu və Xorvatiyanın bu məsələdə hər zaman Azərbaycanı dəstəklədiyi vurğulandı.

SƏNƏDLƏRSərəncamlar06 dekabr 2021
12:00
Azərbaycan Respublikası Hesablama Palatası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 20 illiyi münasibətilə Palatanın fəaliyyətində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

06 dekabr 2021, 12:00
SƏNƏDLƏRSərəncamlar06 dekabr 2021
11:43
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

06 dekabr 2021, 11:43
SƏNƏDLƏRSərəncamlar06 dekabr 2021
11:40
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

06 dekabr 2021, 11:40
SƏNƏDLƏRSərəncamlar04 dekabr 2021
14:31
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5....

04 dekabr 2021, 14:31