20:28
İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib
30 sentyabr 2021, 10:35Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.
Görüş zamanı 2015-ci ildə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulandı. Qeyd edildi ki, Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanekin Azərbaycana səfəri postkovid dövründə münasibətlərimizin perspektivlərinin nəzərdən keçirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
Yakub Kulhanek Çex Respublikası əsgərlərinin Əfqanıstandan təxliyə edilməsi işində Azərbaycanın göstərdiyi köməyə görə minnətdarlığını bildirdi.
20:28
19:35
18:40
17:33
Hörmətli cənab Prezident, əziz Qardaşım.
Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür,...
21 yanvar 2025, 17:3316:40
16:20
16:10
14:40
13:13
Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali...
21 yanvar 2025, 13:1312:30
21:55
20:29