Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Sadır Japarova

30 avqust 2021, 14:19

Hörmətli Sadır Nurqojoeviç,

Qardaş Qırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə bağlı olan dostluq əlaqələrimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimiz bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək birgə fəaliyyətimiz üçün möhkəm zəmin olacaqdır.

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Qırğız Respublikasına daim firavanlıq və əmin-amanlıq diləyirəm.

Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2021-ci il 

SƏNƏDLƏR Sərəncamlar 19 fevral 2025
16:40
Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən...

19 fevral 2025, 16:40