Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

11 dekabr 2020, 19:50

Dekabrın 11-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Özbəkistan dövlətinin başçısı Azərbaycan Prezidentini Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması münasibətilə səmimi qəlbdən təbrik edib, qardaş ölkənin dost xalqına sülh və firavanlıq arzulayıb. Dövlət başçıları bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Söhbət zamanı Özbəkistan-Azərbaycan çoxplanlı münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Dərin məmnuniyyət hissi ilə qeyd edilib ki, pandemiya ilə bağlı mürəkkəb dövrdə göstərilən qarşılıqlı dəstək iki dövlət arasında çoxəsrlik dostluğu və əməkdaşlığın strateji xarakter daşımasını bir daha nümayiş etdirib.

Dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılmasına, sənaye və kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, turizm və digər sektorlarda aparıcı müəssisələrin kooperasiyasının genişlənməsinə yönəlmiş birgə proqramların və layihələrin fəal surətdə həyata keçirilməsinin vacibliyini ayrıca qeyd ediblər. Tərəflər regionlararası və mədəni-humanitar mübadilələri intensiv şəkildə davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev qlobal və regional strukturlar çərçivəsində sıx dialoq saxlamaq barədə razılaşıb, yüksək səviyyədə gələcək ikitərəfli və çoxtərəfli tədbirlərin cədvəlini nəzərdən keçiriblər.

SƏNƏDLƏRSərəncamlar12 aprel 2021
14:30
“Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ...

12 aprel 2021, 14:30
SƏNƏDLƏRFərmanlar09 aprel 2021
14:50
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 280-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixl...

09 aprel 2021, 14:50