Elmira Hüseynli və başqalarından, Mingəçevir, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin uzaqgörən və qətiyyətli siyasətiniz, yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində, nəhayət ki, 30 illik Qarabağ həsrətinə son qoyuldu, əzəli torpaqlarımız düşmən işğalından azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı. Çox sevinirik və böyük qürur hissi keçiririk ki, Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunacaq bu əlamətdar hadisənin canlı şahidləri olmaq bizə qismət oldu. Biz o torpaqları görməsək də bizim valideynlərimiz həmin torpaqlarda doğulublar, havasını udub, suyunu içiblər. Bizə yaşatdığınız bu möhtəşəm Qələbə sevincinə görə Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri olaraq, Sizə və rəşadətli Azərbaycan Ordusunun bütün şəxsi heyətinə minnətdarlığımızı bildiririk. Sizinlə və yenilməz Azərbaycan əsgəri ilə fəxr edirik. Uğur daim Sizinlə olsun!
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Hüseynli Elmira Yaşar qızı (Ağdam),
Ərəbova Könül Elnur qızı (Ağdərə),
Məmmədzadə Rəvan Mübariz oğlu (Ağdam),
Muradlı Sadıq Seymur oğlu (Laçın),
Qurbanova Türkan Səlim qızı (Laçın),
Məmmədli Miryusif Sahib oğlu (Kəlbəcər),
Əhmədov Rövşən Elşən oğlu (Xankəndi),
Rzazadə Asim Eyvaz oğlu (Füzuli),
İbrahimova Gülşən Əli qızı (Laçın),
Ağazadə Şəfiqə Kənan qızı (Şuşa),
Əliyev Hikmət Əfqan oğlu (Xocavənd).
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.