22 may 2020, 18:05

Fətəli Əliyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli Mehriban xanım.

Koronavirus pandemiyası dünyanın bütün ölkələrini eyni amal uğrunda birləşməyə sövq etdi. Bu gün dünyanın 200-dən çox ölkəsində yayılan COVID-19 pandemiyası ilə üz-üzə qalan Azərbaycan bir çox digər ölkələrlə müqayisədə daha az itki verdi, Sizin rəhbərliyinizlə görülən tədbirlər inkişaf etmiş ölkələrdə nümunə kimi tətbiq olunur.

Möhtərəm Prezidentimiz, Sizin təşəbbüsünüzlə Nazirlər Kabineti yanında Operativ Qərargah və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Əhalinin həssas qruplarına aid tələbələrin təhsil haqqının dövlət hesabına ödənilməsi, digər sosialyönümlü tədbirlərin gücləndirilməsi bütün xalqımız tərəfindən qürur hissi ilə qarşılanır. Siz xalqımız və bütün dünya üçün bu ağır dönəmdə böyük fədakarlıq göstərərək insanların həm maddi, həm də mənəvi ehtiyaclarının ödənilməsi, sağlamlığının qorunması istiqamətində genişmiqyaslı işlər görürsünüz. Xalqımızın firavanlığı üçün yorulmadan çalışdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz Sizin bütün təşəbbüslərinizi dəstəkləyir və ətrafınızda sıx birləşmişik. Müstəqil Azərbaycanımızın inkişafı naminə gələcək işlərinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Əliyev Fətəli Elman oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.