Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Çin Xalq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm.
Çin ilə Azərbaycan ənənəvi dost ölkələrdir və hər iki tərəf əsas maraqlarına aid məsələlərdə bir-birini qarşılıqlı olaraq qəti şəkildə dəstəkləyir. COVID-19 pandemiyasının başlanmasından bəri ölkələrimiz müvəqqəti çətinlikləri dəf etmək üçün ikitərəfli münasibətlərdə yüksək səviyyə nümayiş etdirərək, bir-birinə yardım və dəstək göstərirlər.
Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin daim dərinləşməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar, dost Azərbaycana və onun xalqına isə tərəqqi və xoşbəxtlik arzulayıram.
Dərin hörmətlə,
Si Cinpin
Çin Xalq Respublikasının Sədri