23 aprel 2020, 15:10

Fərhad Qaraşovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bütün dünyanı cənginə alan koronovirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə qəbul etdiyiniz çevik qərarlar nəticəsində görülən tədbirlər artıq öz bəhrəsini verir. Qürurverici haldır ki, Azərbaycan koronovirusla mübarizədə mübarizədə dünyada artıq nümunəvi ölkələr sırasındadır. Görülən bütün tədbirlərə görə, Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Digər tərəfdən pandemiya bütün dünya iqtisadiyyatında çox ciddi fəsadlar törətmiş və təəssüf ki, bunlar Azərbaycan iqtisadiyyatından da yan ötməmişdir. Lakin Sizin qəbul etdiyiniz müvafiq Sərəncam əsasında görülən tədbirlər bu təsirlərin azalmasında mühüm əhəmiyyət kəsb edir.

Hörmətli cənab Prezident, pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi tədbirləri çərçivəsində bizim müəssisəyə də edilən dövlət yardımı üçün məktəbimizin bütün kollektivi adından Sizə təşəkkürümüzü bildiririk. Bu dövrdə göstərilən dəstək bizim fəaliyyətimiz üçün mühüm kömək, əvəzedilməz stimul olmuşdur.

Xalqımıza verdiyiniz dəyər və göstərdiyiniz qayğı nəticəsində yaxın zamanda ölkə olaraq bu pandemiyaya qalib gələcəyimizə əminik. Bu məsuliyyətli və çətin dövrdə Sizin siyasətinizi səmimi qəlbdən dəstəkləyir və uğurlarınızın davamını arzulayırıq.

Dərin hörmətlə,

Fərhad Qaraşov

“XXI əsrdə Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.