Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2020-ci il.