Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Örl D.Litzenbergerdən

31 avqust 2019, 13:00

Hörmətli Birinci vitse-prezident.

İcazə verin, ad gününüz münasibətilə şəxsən öz adımdan və Birləşmiş Ştatlar hökuməti adından Sizə ən səmimi arzularımı yetirim. Təhsilin, mədəniyyətin, idmanın və iqtisadiyyatın şaxələndirilməsi üzrə ölkələrimiz arasında güclü tərəfdaşlığın inkişaf etdirilməsində liderliyinizi yüksək dəyərləndiririk. İkitərəfli əlaqələrimizin tam potensialını əks etdirən və ABŞ səfirliyinin Bakının memarlıq gözəlliyinə töhfə verəcək yeni, müasir binasının tikintisinin dəstəklənməsi istiqamətində davamlı səylərinizə görə Sizə xüsusilə minnətdaram. Təhlükəsizlik, enerji layihələri və xarici investisiyalar, habelə xalqlarımızı zənginləşdirən mədəni və təhsil mübadilələri üzrə sıx əməkdaşlığımızın davam etdirilməsini həvəslə gözləyirəm.

Sizə uzun ömür, möhkəm cansağlığı, çoxsaylı uğurlar, mehriban ailə üzvlərinin və dostların əhatəsində olmaq sevinci arzulayıram.

Ən səmimi və xoş arzularla,

Örl D.Litzenberger

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri