İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

23 may 2019, 15:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan və İtaliya möhkəm əlaqələrlə bir-birinə sıx bağlıdırlar və bu bağlılıq illər ərzində siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində məhsuldar tərəfdaşlıqda öz əksini tapmışdır. Ümid edirəm ki, bu əməkdaşlıq daha da zənginləşəcək və ölkələrimizin vətəndaş cəmiyyətləri, iqtisadi sistemləri, həmçinin gənc nəsillərimizin maraqları istiqamətində yeni sahələr üzrə genişlənəcəkdir.

İnanıram ki, əlaqələrimizin möhkəmləndirilməsi, regional və beynəlxalq səviyyələrdə birgə maraq dairəsində olan mövzular üzrə dialoqun intensivləşdirilməsi üçün möhtəşəm çərçivə hesab edilən Bakı və Avropa İttifaqı arasında yeni bir tərəfdaşlıq sazişi müəyyənləşdirmək üçün qətiyyətlə və ruh yüksəkliyi ilə yolumuza davam edəcəyik.

Bu arzularla və Sizi Romada qəbul etmək ümidi ilə Sizə və bütün Azərbaycan xalqına rifah diləyirəm.

Dərin hörmətlə,

Sercio Mattarella

İtaliya Respublikasının Prezidenti  

SƏNƏDLƏR Sərəncamlar 03 iyun 2025
17:23
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

03 iyun 2025, 17:23