“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28 dekabr 2018, 23:43

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on doqquzuncu abzasına uyğun olaraq bir ay müddətində:

1.4.1. dövlət satınalmalarının vahid internet portalının yaradılmasını təmin etsin;

1.4.2. həmin internet portalının əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. aşağıdakı normativ hüquqi aktları bir ay müddətində təsdiq etsin:

1.5.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksini;

1.5.2. həmin Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, malların (işlərin, xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsullarını;

1.5.3. həmin Qanunun 51.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydasını;

1.6. həmin Qanunun 50-2.2-ci maddəsinə uyğun olaraq, elektron informasiya məlumatları (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilməli olan dövlət orqanları (qurumları) ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, habelə həmin informasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etsin;

1.7. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 51; 2014, № 5, maddə 477; 2016, № 5, maddə 861) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci, üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci abzaslar müvafiq olaraq 2.1-ci, 2.4-cü, 2.5-ci, 2.7-ci, 2.8-ci və 2.9-cu bəndlər hesab edilsin;

2.2. aşağıdakı məzmunda 2.2-ci və 2.3-cü bəndlər əlavə edilsin:

“2.2. həmin Qanunun 2-ci maddəsinin on doqquzuncu abzasında (hər iki halda), 4-1.6-cı maddəsinin ikinci cümləsində, 13-1.1-ci maddəsinin birinci cümləsində, 27.1-ci maddəsinin üçüncü cümləsində, 27.5-ci maddəsinin birinci cümləsində, 50-1.2-ci maddəsinin ikinci cümləsində, 50-1.3-cü maddəsinin ikinci cümləsində, 50-1.4-cü maddəsində, 50-2.2-ci (hər iki halda) və 51.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.3. həmin Qanunun 50-1.4-cü maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

2.3. 2.4-cü bənddə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

“2.6. həmin Qanunun 13-1.1-ci maddəsinin birinci cümləsində, 27.1-ci maddəsinin üçüncü cümləsində, 50-2.2-ci (ikinci halda) və 51.2-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”

2.5. 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.10-cu və 2.11-ci bəndlər əlavə edilsin:

“2.10. həmin Qanunun 2-ci maddəsinin on doqquzuncu abzasında (birinci halda) “orqan” dedikdə dövlət satınalmalarının vahid internet portalının yaradılmasına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmin portalın fəaliyyətinin təmin edilməsinə münasibətdə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;

2.11. həmin Qanunun 2-ci maddəsinin on doqquzuncu abzasında (ikinci halda), 4-1.6-cı maddəsinin ikinci cümləsində, 27.5-ci maddəsinin birinci cümləsində, 50-1.2-ci maddəsinin ikinci cümləsində və 50-1.3-cü maddəsinin ikinci cümləsində “orqan” dedikdə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

SƏNƏDLƏR Sərəncamlar 03 iyun 2025
17:23
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

03 iyun 2025, 17:23
SƏNƏDLƏR Qanunlar 03 iyun 2025
17:21
“Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2023-cü il avqustun 1-də Bakı şəhərində və sentyabrın 8-də Monreal şəhərində...

03 iyun 2025, 17:21
SƏNƏDLƏR Sərəncamlar 03 iyun 2025
12:56
Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qaraməryəm–İsmayıllı–Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş...

03 iyun 2025, 12:56
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47