İlham Əliyev Serbiya Respublikası Milli Assambleyasının sədri xanım Slavitsa Djukiç-Deyanoviç ilə görüşmüşdür

08 iyun 2011, 21:00
İlham Əliyev Serbiya Respublikası Milli Assambleyasının sədri xanım Slavitsa Djukiç-Deyanoviç ilə görüşmüşdür

Prezident İlham Əliyev Serbiya Respublikası Milli Assambleyasının sədri xanım Slavitsa Djukiç-Deyanoviç ilə görüşmüşdür.

Görüşdə qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

Bildirildi ki, səfər çərçivəsində imzalanan sənədlər siyasi və iqtisadi sahədə əlaqələrin güclənməsinə xidmət edir və ölkələrimiz beynəlxalq səviyyədə bir-birinin mövqelərini yüksək səviyyədə müdafiə edirlər.

Görüşdə parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin daha da genişlənməsinə yönəldiyi və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu bildirildi. Qeyd olundu ki, ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə dinamik inkişaf edir. Bu da ölkələrimizin əməkdaşlığını daha da gücləndirir. 

gallery-photogallery-photo