28 oktyabr 2015, 17:15

Ağamir Sultanovdan, Xırdalan, Azərbaycan

Hörmətli cənab Prezident!

Son vaxtlar Azərbaycandakı əmin-amanlığı, sabitliyi, hərtərəfli inkişafı gözü götürməyən, gənc respublikamızın qısa zamanda sürətli tərəqqisinə paxıllıq edən Avropa ölkələrinin bəzi ermənipərəst qüvvələrinin Sizin tərəfinizdən layiqli və tutarlı cavab aldıqlarını görürük. Belə bir zamanda hər birimiz bütün çətinliklərin öhdəsindən mərdliklə gələrək, vətəndaşlıq borcumuzu və üzərimizə düşən vəzifələri təmiz vicdanla yerinə yetirməliyik.

Cənab Ali Baş Komandan, biz Sizin qayğınızı daim hiss etmişik, indi də hiss edirik. Bunu unutmaq olmaz. Bildirmək istəyirəm ki, biz həmişə Sizinləyik. Vətənimiz, dövlətçiliyimiz, gələcəyimiz uğrunda qanımızı və canımızı verməyə hazırıq.

Hörmətlə,

Sultanov Ağamir Əzizxan oğlu, "Azərbaycan Bayrağı" ordenli polkovnik.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.