19:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamını “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 838; 2007, № 8, maddə 769) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci və 4-cü hissələrdə “Sənaye və Energetika Nazirliyi” sözləri “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda:
2.1 “Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə Tədbirlər” hissəsinin 2 4 cü, 6-cı, 10-cu, 11-ci, 15-17-ci və 19-cu bəndlərində “SEN” akronimi “ABOEMDA” akronimi ilə əvəz edilsin;
2.2. “Akronimlər” hissəsinə “ABOEMDA - Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2013-cü il.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə təbriklərimi və xoş arzularımı yetirirəm.
Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizə və...
11 aprel 2025, 17:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və bütün ailə üzvlərinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan...
10 aprel 2025, 18:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm.
Zati-alinizə ən xoş arzularımı bildirirəm.
Bayramınız...
10 aprel 2025, 17:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh,...
10 aprel 2025, 17:25