06 июля 2026, 15:26

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 606 (Cild I); 2024, № 3, maddə 250, № 12 (II kitab), maddə 1331) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1.0.12-ci maddədə “və ya bərpa edilməsi şərti ilə kəsilməsinə” sözləri “, bərpa edilməsi şərtilə və ya bərpa edilmədən kəsilməsinə” sözləri ilə və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 1.0.13-cü və 1.0.14-cü maddələr əlavə edilsin:

“1.0.13. ağac – oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki;

1.0.14. kol – oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki.”.

2. 13-cü maddə üzrə:

2.1. 13.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 13.1.7-ci maddə əlavə edilsin:

“13.1.7. məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda.”;

2.2. 13.3-cü maddədə “və 13.1.6-cı” sözləri “, 13.1.6-cı və 13.1.7-ci (ağaclara münasibətdə)” sözləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda 13.6-1-ci və 13.6-2-ci maddələr əlavə edilsin:

“13.6-1. Bu Qanunun 13.1.7-ci maddəsində nəzərdə tutulan halda kolların kəsilməsi ilə bağlı bu Qanunun 13.6-2-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı həyata keçirilir. Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsinə münasibətdə bu Qanunun 13.4 – 13.6-cı maddələrində nəzərdə tutulmuş tələblər tətbiq olunmur.

13.6-2. Kolların kəsilməsi üçün bu Qanunun 13.1.7-ci maddəsi ilə müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat verilir. Ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər. İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.”.

3. 15.2-ci maddəyə “götürülməsinə” sözündən sonra “, 13.1.7-ci maddəsində nəzərdə tutulan halda isə kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2026-cı il

ДОКУМЕНТЫ Распоряжения 16 сентября 2026
16:00
Распоряжение Президента Азербайджанской Республики О награждении У.З.Гулиева орденом «Шохрат»

Руководствуясь пунктом 23 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:                               

За плодотворную деятельность в общественно-политической жизни Азербайджанской Республики наградить Ульви Захид оглу Гулиева орденом «Шохрат».

Иль...

16 сентября 2026, 16:00
ДОКУМЕНТЫ Распоряжения 16 сентября 2026
11:29
Распоряжение Президента Азербайджанской Республики О награждении медалью «Терегги» членов и сотрудников Палаты аудиторов Азербайджанской Республики

Руководствуясь пунктом 23 статьи 109 Конституции Азербайджанской Республики, по случаю 30-летия Палаты аудиторов Азербайджанской Республики постановляю:

За заслуги в развитии аудиторской деятельности наградить медалью «Терегги» следующих членов и сотрудников Палаты а...

16 сентября 2026, 11:29
ДОКУМЕНТЫ Обращения 16 сентября 2026
11:28
Участникам международной научно-практической конференции «Этапы развития аудита: путь от соответствия к стратегическому партнерству и доверию»

Уважаемые участники конференции!

Сердечно приветствую вас на проводимой в Баку международной научно-практической конференции на тему «Этапы развития аудита: путь от соответствия к стратегическому партнерству и доверию», посвященной 30-летнему юбилею Палаты аудиторов ...

16 сентября 2026, 11:28
ДОКУМЕНТЫ Распоряжения 15 сентября 2026
16:00
Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Н.Аскерова от должности главы Исполнительной власти Ярдымлинского района

Руководствуясь частью II статьи 124 Конституции Азербайджанской Республики, постановляю:                                                           

Освободить Аяза Нариман оглу Аскерова от должности главы Исполнительной власти Ярдымлинского района.

Ильхам Алиев

През...

15 сентября 2026, 16:00
НОВОСТИ Сообщения Пресс-Cлужбы 14 сентября 2026
19:40
Генеральный секретарь Мусульманского совета старейшин Мохаммед Абдельсалам в ходе встречи с Президентом Азербайджанской Республики Ильхамом Алиевым вручил главе нашего государства сертификат «Премии Заида за человеческое братство»

14 сентября генеральный секретарь Мусульманского совета старейшин Мохаммед Абдельсалам в ходе встречи с Президентом Азербайджанской Республики Ильхамом Алиевым вручил главе нашего государства сертификат «Премии Заида за человеческое братство».

Отметим, что Президент ...

14 сентября 2026, 19:40