Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

22 may 2013, 18:30

Azərbaycan Respublikasının 1999-cu ildən üzvü olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 45-ci illik toplantısında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci ilin may ayında Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilmişdir.

Bununla əlaqədar olaraq 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumu imzalanmışdır.

1966-cı ildə yaradılmış, hazırda 67 üzvü olan və əsas vəzifəsi üzv ölkələrin inkişafında onlara yardım etməklə əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarət olan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin Asiya və Sakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2015-ci ilin may ayında Bakı şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci il mayın 3-dən 5-dək Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsi sədrinin müavini

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının üzvü

Təşkilat Komitəsinin üzvləri:

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Firudin Nəbiyev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.

2. Təşkilat Komitəsi:

2.1. “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumuna uyğun olaraq illik toplantının təşkili və keçirilməsinə dair tədbirlər planının hazırlanmasını və icrasını təmin etsin;

2.2. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2013-cü il.

SƏNƏDLƏR Fərmanlar 01 iyul 2022
18:26
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 528-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 725 nömrəli, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət...

01 iyul 2022, 18:26
SƏNƏDLƏR Qanunlar 01 iyul 2022
18:24
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 13-cü və 26-cı bəndlərini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri...

01 iyul 2022, 18:24
SƏNƏDLƏR Fərmanlar 01 iyul 2022
18:22
“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”...

01 iyul 2022, 18:22
SƏNƏDLƏR Qanunlar 01 iyul 2022
18:20
“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan...

01 iyul 2022, 18:20
SƏNƏDLƏR Fərmanlar 01 iyul 2022
18:17
“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan...

01 iyul 2022, 18:17
SƏNƏDLƏR Fərmanlar 01 iyul 2022
14:01
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”...

01 iyul 2022, 14:01
SƏNƏDLƏR Sərəncamlar 30 iyun 2022
17:29
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci...

30 iyun 2022, 17:29