12 fevral 2024, 18:40

Vidadi Əliyevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, respublikamızın çiçəklənməsi və qüdrətlənməsi naminə çətin və şərəfli ictimai-siyasi fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Çox sevinirəm və şadam ki, Siz yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiniz.

Bu gün ölkəmiz Sizin rəhbərliyinizlə müasir Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər, əbədiyaşar Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi daha da işıqlı gələcəyə doğru inamla irəliləyir. Siz bizim qəlblərimizin əbədi Prezidentisiniz. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizinlə fəxr edir, qürur duyuram.

Uca Tanrı Sizi və ailənizi qorusun!

Yaşasın Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Dərin hörmət və ehtiramla,

Vidadi Əliyev.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.