13 fevral 2024, 09:41

Mariya Pavlovna Hüseynova-Atanasovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

"Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyi adından Sizi və bütün Azərbaycan xalqını prezident seçkilərində qazandığınız qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı rəhbərliyi ilə ölkəyə bütün sahələrdə uğur qazandıracaq bir Lideri seçdi!
Siz bizim Müzəffər Prezidentimizsiniz! Siz hər şeyi ölkəsinin və xalqının işıqlı gələcəyi üçün edən və hadisələri 100 il əvvəldən görən uzaqgörən Prezidentsiniz.

Azərbaycan və Bolqarıstan arasında dostluq və qarşılıqlı etimada əsaslanan siyasətinizə, Bolqarıstanla münasibətləri möhkəmləndirdiyinizə görə Sizə təşəkkür edirik. Qoy Sizin rəhbərliyinizlə qardaş Azərbaycan və bolqar xalqları arasında münasibətlər daim möhkəmlənsin və inkişaf etsin!

Sevimli Azərbaycanın çiçəklənməsi naminə Sizə xoşbəxtlik, səadət, möhkəm cansağlığı, bütün məqsədlərinizə çatmaq üçün uğurlar və müvəfəqiyyətlər arzulayıram!

Hörmətlə,

Hüseynova-Atanasova Mariya Pavlovna, "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin sədri, "Akord" jurnalının baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri