18 mart 2023, 13:13

Elməddin Xudaverdiyevdən, Beyləqan, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Yürütdüyünüz siyasətə, aldığınız qərarlara görə rayonumuzun Qarabağ qaziləri və şəhid ailələri adından minnətdarlığımı bildirirəm.

Bu gün Azərbaycanımızın hər bir bölgəsi böyük tikinti meydançasını xatırladır. Xüsusən Qarabağda aparılan quruculuq işləri hamımızı ürəkdən sevindirir.

Bütün sahələrdə üzləşdiyimiz diqqət və qayğı Sizin fəaliyyətinizin nəticəsidir. Buna görə Sizə dərindən təşəkkür edir, yeni uğurlar arzulayıram.

Siz könülləri fəth edən Lidersiniz!

Hörmətlə,

Xudaverdiyev Elməddin Ehtiram oğlu

Azərbaycan Respublikası, Beyləqan rayonu, İkinci Şahsevən kəndi.