17 mart 2023, 15:27

Salman Yarıyevdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Ali Baş Komandanlığınız altında Müzəffər Ordumuzun düşmənə qalib gəlməsi və torpaqlarımızı işğaldan azad etməsi mənim kimi şair təbiətli insanlara yeni ruh verir. Mən Zəfərimizlə əlaqədar “Sevimli İlham” şeirini yazmışam və onu böyük həvəslə ali diqqətinizə təqdim edirəm.

 

Qüdrətli rəhbərsən, həm sadə insan,

Şahid bütün cahan, sevimli İlham!

Doymuram nitqinin gözəlliyindən,

Hər danışdığın an, sevimli İlham!

 

Bütün dövlətlərə artıq əyandır,

Ədalətin Zəfər çaldığı andır,

Əbədi Qarabağ Azərbaycandır!

Şanlı tarix yazan sevimli İlham!

 

Hansısa erməni təxribat etsə,

Hərgah Xankəndiyə qanunsuz getsə,

Orada “Qarabağ bizimdir!” – desə,

Dərs alar yumruqdan, sevimli İlham!

 

Amma, mənfurluqdan uzaq durarsa,

Tərəqqi naminə körpü qurarsa,

Bizimlə mehriban qonşu olarsa,

Əsla olmaz peşman, sevimli İlham!

 

Dünya miqyasında şöhrətin vardır,

Tükənməz, misilsiz qüvvətin vardır,

Millətin naminə xidmətin vardır,

Ey Milli Qəhrəman, sevimli İlham!

Ali Baş Komandan, sevimli İlham!

 

Hörmətlə,

Yarıyev Salman

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.