15 mart 2023, 13:10

Ziyadxan Gözəlovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Cənab Prezident, Siz ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla həyata keçirirsiniz. Məhz Sizin sayənizdə respublikamızın hərtərəfli inkişafı, tərəqqisi sürətlə davam edir.

Dövlətimizlə bərabər məhkəmə-hüquq sistemi də inkişaf edir, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi ilə bağlı addımlar atılır.

Mən şəhid atasıyam. Oğlum 1992-ci ildə Laçın rayonu, Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bir şəhid atası kimi Sizin rəhbərliyinizlə dövlətimizin uğurları, o cümlədən məhkəmə-hüquq sistemində aparılan islahatlar məni çox sevindirir.

Bu yaxınlarda cavabdeh olduğum məhkəmə prosesinə Ali Məhkəmədə düzgün baxılaraq, obyektiv qərar qəbul olunması da bu islahatların nəticəsidir. Odur ki, Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Gözəlov Ziyadxan Yusif oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Mürsəlli kəndi.