08 dekabr 2022, 11:20

Meydanəli Yolçuyevdən, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident.

30 noyabr 2022-ci il tarixli Sərəncamınızla “Tərəqqi” medalı ilə təltif edilməyim mənim üçün böyük şərəf, eyni zamanda, böyük məsuliyyətdir.

Mənə yüksək etimad göstərdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, dövlətçiliyimizin inkişafı, qalib Azərbaycanımızın yaratdığı reallıqların qarşıya qoyduğu möhtəşəm vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində bundan sonra da var gücümlə çalışacağam.

Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Meydanəli Yolçuyev

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Daşkəsən rayonu.