12 avqust 2022, 18:00

Qabil Əliyev və başqalarından, Sabirabad, Azərbaycan

Möhtərəm Prezidentimiz.

Sizin rəhbərliyinizlə ölkəmizdə aqrar sahənin inkişafı üçün mühüm addımlar atılır və bu sahə daim diqqət mərkəzindədir.

Rayonumuzda da aqrar sahənin inkişafına böyük diqqət və qayğı göstərilir. Görülən əsaslı işlər nəticəsində su təminatında mövcud olan problemlər aradan qaldırılmış, yeni istifadəyə verilmiş nasoslarla kəndlərdə əkin sahələri suvarılmışdır.

Bütün bunlara görə rayon sakinləri adından Sizə sonsuz minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyev Qabil

Qasımov Nazim

Qasımov Müzəffər

İsgəndərov Afət

Məmmədov Elnur

Rayon sakinləri

Azərbaycan Respublikası, Sabirabad rayonu.