12 avqust 2022, 13:30

Rafət Abdullayev və başqalarından, Sabirabad, Azərbaycan

Möhtərəm Prezidentimiz.

Sizin bütün sahələrdə apardığınız islahatlar ölkəmizin aqrar sahəsinə də müsbət təsirini göstərməkdədir.

Bütün bölgələrdə, xüsusilə də doğma Qarabağımızda aparılan geniş quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini əyani nümayiş etdirir.

Cənab Prezident, Mil-Muğan zonasında su ilə bağlı problemlər aktual məsələlərdəndir. Sizin diqqət və qayğınız sayəsində su təminatında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində xeyli işlər görülmüş, yeni istifadəyə verilmiş nasoslar hesabına çətinliklər aradan qaldırılmışdır.

Bütün Sabirabad sakinləri adından sonsuz minnətdarlığımızı bildirir, Uca Tanrıdan Sizə möhkəm cansağlığı, ali dövləti işlərinizdə, dövlətimiz, xalqımız naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Abdullayev Rafət Zabit oğlu

Balayev İslam Əfqan oğlu

Mehdiyev Zahid Məhəmmədəli oğlu

Məhərrəmli Orxan Çingiz oğlu

Nuriyev Möhsüm Ağamusa oğlu

Sabirabad rayon sakinləri

Azərbaycan Respublikası, Sabirabad rayonu.