08 iyun 2022, 14:30

İlqar Əhmədovdan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Göygöl rayon sakini Şəmsi Səmədzadənin əfv olunması barədə xahişimizi cavabsız qoymadığınız üçün Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri adından Sizə təşəkkür edirəm.

Siz 2022-ci il 27 may tarixli əfv Sərəncamınızla onlarca insanı əfv edərək onların ailələrinə və yaxınlarına böyük sevinc bəxş etdiniz. Sizin belə humanist addımlarınız davamlı xarakter daşıyır və Sizə olan ümumxalq məhəbbətini daha da artırır.

Yolunuz hər zaman açıq, uğurlarınız bol olsun, cənab Prezident!

Hörmətlə,

Əhmədov İlqar Qəzənfər oğlu

Azərbaycan Respublikası, Göygöl şəhəri.