07 iyun 2022, 15:50

Azadxan Haqverdiyevdən, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Ali Baş Komandanlığınız sayəsində Vətən müharibəsində qazandığımız Qələbə xalqımızın qürur mənbəyidir. Göstərdiyiniz böyük qəhrəmanlığa görə Göygöl rayon veteranları adından Sizi təbrik edirəm. Arzu edirəm ki, “Dəmir yumruğ”unuz və polad iradəniz daim belə möhkəm olsun.

Əziz Prezidentimiz, bizim rayonun sakinləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, əmək veteranları və digər vətəndaşlar Sizə müraciət edərək, ömürlük həbs edilmiş və 22 il cəza çəkmiş Şəmsi Səmədzadənin əfv olunmasını xahiş etmişdilər. Xahişimizi nəzərə alıb bizi sevindirdiyinizə görə Sizə sonsuz təşəkkürümüzü bildirir, “çox sağ olun!” deyirik. Qocalı-cavanlı həmişə Sizinləyik.

Allah Sizi qorusun!

Hörmətlə,

Haqverdiyev Azadxan Vəli oğlu,

Göygöl Rayon Veteranlar Təşkilatının sədri.

Azərbaycan Respublikası, Göygöl şəhəri.