07 iyun 2022, 13:48

Nailə Alıyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycanın inkişafı üçün atdığınız addımlar hamımızı qürurlandırır. Ölkənin hər tərəfində çiçəklənən şəhər və kəndləri gördükcə qəlbimiz sevinclə dolur və mən sevincli ürək sözlərimi Sizə çatdırmaq istəyirəm.

Əziz Prezidentimiz, Siz bütün sınaqlara qarşı cəsarətli və məğrur cavablarınızla ölkənin necə etibarlı əllərdə olduğunu göstərirsiniz. Sizinlə Azərbaycan təhlükəsiz, sülhsevər diyar, sabit, güclü resurslara malik dəyərli ölkədir.

Mən hər zaman dualarımda Allahdan Sizin kölgənizi daim Azərbaycan xalqının başı üzərində var etməsini diləyirəm.

Sizə uzun ömür və cansağlığı arzulayıram. Allah Sizi qorusun.

Hörmətlə,

Alıyeva Nailə Nurəddin qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.