04 iyun 2022, 13:40

Elnur Mayılovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu il qeyd etdiyimiz Müstəqillik Günü özündə bir sıra mühüm məqamları birləşdirdi.

Paytaxtımızda təşkil olunan möhtəşəm “TEKNOFEST Azərbaycan” festivalı bir daha göstərdi ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq irəliyə gedəcək. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Biz Sizin bu siyasətinizi dəstəkləyir, Sizə işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Mayılov Elnur

Azərbaycan Respublikası, Şirvan şəhəri.