21 may 2022, 12:39

Məmmədəli Balayevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan xalqı şərəfli günlərini yaşayır. Ordumuzun qazandığı qələbələrdən sonra Qarabağda görülən möhtəşəm işlər hər bir azərbaycanlının qəlbində qürur hissi doğurur.

Gərgin iş qrafikiniz olsa da, biz sənət adamlarına daim diqqət yetirirsiniz. “Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” Sərəncamda adımı görmək mənə böyük sevinc və fərəh hissləri yaşatdı.

Buna görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirir, “Hər zaman Sizinləyik, cənab Prezident!” deyirəm.

Allah bütün işlərinizdə köməyiniz olsun.

Hörmətlə,

Balayev Məmmədəli Bəşir oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.