19 may 2022, 16:01

Anar Sadıqov, Sucəddin Mirzəyev və Allahverən Babayevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Bizim səhnə fəaliyyətimizə dəyər verib bizi Prezident mükafatına layiq görmüsünüz. Buna görə Sizə səmimi qəlbdən minnətdarlığımızı bildirir, “çox sağ olun!” deyirik.

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2022-ci il 10 may tarixli Sərəncamınızda adımızı gördükdə çox təsirləndik. Bu, bizim üçün yeni ruh, yeni nəfəs deməkdir.

Allah Sizi Azərbaycan xalqına çox görməsin.

Hörmətlə,

Prezident mükafatçıları:

Sadıqov Anar Babalı oğlu, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru,

Mirzəyev Sucəddin Qiyas oğlu, teatrın aktyoru, Əməkdar artist,

Babayev Allahverən Hacı oğlu, teatrın aktyoru.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.