17 may 2022, 12:30

Emin Pənahovdan, Tərtər, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Otuz ilə yaxın işğal altında qalmış doğma Qarabağımız indi özünün yeni dirçəliş dövrünə qədəm qoyub. Sizin rəhbərliyinizlə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş ərazilərimizə həyat yenidən qayıdır. Həmin ərazilərimizdə digər sahələrlə yanaşı, idmanın inkişafı da diqqət mərkəzindədir. Hazırda Qarabağımızda abadlıq və yenidənqurma işləri görülür, idmanın inkişafı üçün lazımi infrastruktur yaradılır.

Cənab Prezident, bir neçə gün əvvəl Suqovuşanda keçirilmiş və ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2022” turniri işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq idman tədbiri olaraq hər bir azərbaycanlı gənc kimi biz tərtərli gənclərə də böyük qürur və fəxarət hissi bəxş etdi.

Bu hissi bizə yaşatdığınız üçün Sizə minnətdarlığımızı çatdırırıq. Müasir müstəqil Azərbaycanın gələcəyi üçün yürütdüyünüz siyasətdə Sizə uğurlar arzulayır və apardığınız siyasəti dəstəklədiyimizi bildiririk.

Hörmətlə,

Pənahov Emin Həsən oğlu.

Azərbaycan Respublikası, Tərtər şəhəri.