13 may 2022, 18:48

Səbinə Hüseynovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Azərbaycan dünyada sosialyönümlü siyasət yürüdən, insan amilini ön planda tutan ölkə kimi tanınır. Bir çox kateqoriyalardan olan vətəndaşlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar da sosial dəstəklə təmin olunmuşlar. Mənim qızım da bu dəstəyi görür və mən bir ana kimi bundan çox razıyam. Övladımın sağlamlıq imkanları məhdud olduğundan o, Sosial Xidmətlər Agentliyinin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Sosial Xidmət Mərkəzində artıq 3 aydır ki, sosioloji, psixoloji və loqopedik dəstək alır. Mərkəzin əməkdaşları tərəfindən uşaqlara göstərilən xüsusi diqqət və qayğının şahidiyəm. Övladımın dərslərə olan diqqəti, dinləməyi, davranışı, verilən tapşırıqlara əməl etməyi məni qane edir. Sevindirici haldır ki, əvvəllər nitqi olmayan övladım artıq hecalarla sözləri deməyə cəhd edir. Övladımın sağlamlığında olan qüsurların tam aradan qalxacağına inamım keçirilən dərslərdən sonra daha da artmışdır.

Möhtərəm Prezident, ölkəmizdə qüsurlu uşaqlara göstərilən böyük diqqət və qayğıya görə Sizə və Mehriban xanıma sonsuz minnətdarlığımı bildirirəm. Övladımın sağlamlığına qovuşması yolunda müşahidə olunan müsbət dəyişikliklər məni çox sevindirir. Ulu Tanrı hər zaman Sizi sevindirsin.

Hörmətlə,

Hüseynova Səbinə

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.