11 yanvar 2022, 14:34

Zamin Abışovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ərazi bütövlüyünü bərpa etməsi xalqımıza böyük ruh yüksəkliyi bəxş etmişdir. Bu gün Azərbaycanın hər bir bölgəsi, hər bir guşəsi, hər bir kəndi, hər bir obası göz oxşayır. Görülən abadlıq-quruculuq işləri insanların qəlbinə sevinc, könlünə rahatlıq bəxş edir. Bir çoxumuz neçə illərin əziyyətindən, çək-çevirindən xilas olmuşuq. Son illər ərzində rayonumuzda çox iş görülüb. Bizim kənd də bu sıradadır.

Rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə bir qrup sakin adından Sizə minnətdarlığımızı bildiririk. Sosial problemlərimiz həll olunur, abadlıq işləri şəhərimizin mənzərəsini dəyişir, insanların güzəranı yaxşılaşır. Problemlərimizin həllinə kömək göstərilməsini, eyni zamanda, doğma Qarabağımızın işğaldan azad olunmuş ərazilərində aparılan quruculuq işlərini yüksək qiymətləndirir və bunlarla fəxr edirik.

Cənab Prezident, Siz çox vətənpərvər, alicənab və qayğıkeş rəhbərsiniz. Allah Sizi pənahında saxlasın.

Hörmətlə,

Abışov Zamin.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Həziabad kəndi.