08 yanvar 2022, 14:40

Əmrah Bayramovdan, Astara, Azərbaycan

Cənab Müzəffər Ali Baş Komandan.

Sizi Astara rayonunda yaşayan Vətən müharibəsi iştirakçıları və əlilləri adından salamlayıram. 2022-ci ilin gəlişi münasibətilə Sizi və ailənizi təbrik edirəm. Allahdan Sizə daim uğur arzulayıram.

Möhtərəm Prezident, mən də bir hərbi qulluqçu kimi Sizin döyüş əmrinizi gözləyirdim. Nəhayət ki, bizi 2020-ci ilin sentyabr ayında sevindirdiniz. Sizin rəhbərliyinizlə ordumuz düşməndən öz qisasını layiqincə aldı. Siz 30 illik erməni işğalına son qoydunuz, bizə qələbə sevincini yaşatdınız, şəhidlərimizin qisasını aldınız, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiniz.

Mən müharibədən sonra doğma Astara rayonuna qayıtdım. Sizin dəstəyinizi daim hiss edirəm. Dar günümdə həmişə dövlətim mənə dayaq olub. Yeni ilin gəlişi münasibətilə rayonda şəhidlərin və müharibə əlillərinin uşaqları üçün tədbir keçirildi, uşaqlara hədiyyələr verildi. Bu, təbii ki, uşaqların sevincinə səbəb oldu.

Biz müharibə əlillərinə göstərilən diqqət və qayğı Sizin uğurlu siyasətinizin nəticəsidir. Buna görə də Sizə dərin hörmətlə minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik.

 Hörmətlə,

Bayramov Əmrah Talıb oğlu,                                                            

2-ci qrup Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Astara rayonu, Səncərədi kəndi.