04 iyul 2020, 13:00

Azər Mirverdiyevdən, Bakı, Azərbaycan

Çox hörmətli və əziz Prezidentimiz.

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitindəki çıxışınızı izlədim. Erməni baş nazirinə cavabınız məni çox qürurlandırdı. Sizin sərrast, məntiqli və yerinə düşən cavabınız mənə ulu öndərimiz Heydər Əliyevi xatırlatdı. Onun səlist danışıqları o zaman hamını heyran qoyurdu. İndi Sizin çıxışlarınız nəinki məni, xalqımızı, elə ermənilərin özünü də heyran qoyur.

İnanıram ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən uzüağ çıxacağıq və mən Sizin Xankəndidə qələbə çıxışınızı arzulayıram. Öz adımdan və xalqımız adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Mirverdiyev Azər Şahverdi oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.-