Miryavər Hüseynov və başqalarından, İsmayıllı, Azərbaycan
Əziz Prezidentimiz.
Sənətkarlar, qəhrəmanlar, alimlər yurdu qədim Basqala göstərdiyiniz qayğı bizi çox sevindirir. Qəsəbəmizdə yeni məktəb binasının tikintisinə Sərəncam verdiyinizə görə şəxsən öz adımızdan və bütün basqallılar adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Bu gün qədim Basqal Sizin diqqətiniz sayəsində inkişaf edir və tanınır. Şübhə yoxdur ki, müasir avadanlıqla təchiz olunmuş yeni məktəbdə dərs alan şagirdlər daha savadlı və bilikli olacaqlar. Bu isə qəsəbəmizin perspektivi üçün çox mühüm bir töhfədir.
Möhtərəm cənab Prezident, söz veririk ki, bundan sonra da Sizin siyasi kursu dəstəkləyəcəyik. Sizə uzun ömür, möhkəm cansağlığı, şərəfli işinizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Hüseynov Miryavər Rəsul oğlu
Qafarov Ağasəfər Əşrəf oğlu
Qəhrəmanova Ofelya Əlyay qızı
Piriyeva Rayihə Yavər qızı
Ağayeva Yeganə Hüseyn qızı
Rəcəbova Məlakə Nağı qızı.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi.