Kamran Əhmədov və başqalarından, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Tərtər rayonunun 26 kəndinin əhalisinin istifadə etdiyi Tərtər-Hindarx avtomobil yolunun təmiri sakinlərin böyük sevincinə səbəb oldu. Çünki qonşu kəndlərlə və rayon mərkəzi ilə məhz bu yol vasitəsilə əlaqə saxlanılır. Yetişdirdiyimiz məhsulları emal müəssisələrinə, mənzilbaşına artıq daha rahat və gecikmədən çatdırırıq.
Cənab Prezident, bütün bunlara görə Ələsgərli kəndinin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Sizin də işləriniz avand, ömrünüz uzun olsun. Sağ olun ki, biz kəndlilərin qayğısına qalır, problemlərimizin həllinə kömək göstərirsiniz.
Hörmətlə,
Əhmədov Kamran
Məhərli Elmin
Bayramova Almaz
Məhərli Elçin.
Azərbaycan Respublikası, Tərtər rayonu, Ələsgərli kəndi.