“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

15 may 2018, 19:49

Azərbaycan Respublikasının

2018-ci il 1 may tarixli

Qanunu ilə təsdiq edilmişdir


Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli dalğavari konturlu, diametri 40 mm olan, üzərində ikitərəfli hamar şüalı səkkizguşəli ulduz yerləşdirilmiş lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində dalğavari səkkizguşəli konturlu hissəsində, səkkizguşəli ulduzun guşələrinin arasında kontur xətləri təsvir olunmuşdur.

2.2. Səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşir. Xarici və daxili konturların arasında yuxarı qövs boyunca “Azərbaycan Xalq Cümhuriyyəti” sözləri, aşağı qövs boyunca mərkəzdə 3 mm diametri bir səkkizguşəli ulduz, ondan sol və sağ tərəflərdə hər birinin diametri 2 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzların və ulduzlarla sözlərin arasında kompozisiyanı tamamlayan xətlər vardır.

2.3. Dairəvi lövhənin daxili konturunun içərisində doğan günəş şüaları üzərində aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzdan sol tərəfdə “1918”, sağ tərəfdə “2018” rəqəmləri yazılmışdır. Ayparanın daxilində “100” rəqəmi həkk olunmuşdur. Bütün elementlər, yazılar və kontur xətləri, relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 42 mm x 15 mm ölçülü bant şəklində bükülmüş, üzərində hər birinin eni 5 mm olmaqla, Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini əks etdirən üfüqi zolaqlar təsvir edilmiş ipək lentə 2 halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. İpək lentin mərkəzində 17 mm x 22,5 mm ölçülü altıbucaqlı lövhə bərkidilir. Lövhənin üzərində günəş şüaları fonunda aypara və səkkizguşəli ulduz təsvir olunmuşdur. Lövhənin sol və sağ tərəfləri kontur boyunca palıd çələngləri formasında işlənmişdir. Günəş şüaları, aypara, ulduz və palıd çələngləri relyefli olaraq qabarıqdır.

4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni ipək lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur. Qəlibin mərkəzinə diametri 8 mm olan, üzərində aypara və səkkizguşəli ulduz təsvir olunmuş dairəvi lövhə bərkidilir.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32