25 iyul 2017, 12:15

Ağahüseyn Şükürov, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olaraq Siz dünyada yaşayan bütün azərbaycanlıların güvən yeri, hər təbəqədən olan insanların böyük qayğıkeşi və hamisisiniz. Biz bunu öz gündəlik həyatımızda daim hiss edirik. Bu bir həqiqətdir ki, Sizin rəhbərliyinizlə Azərbaycan gündən-günə inkişaf edir, möhkəmlənir. Biz bu ölkədə yaşayıb–yaratmağımızla fəxr edir, sizinlə qürur duyuruq.

Jurnalistika sahəsində çalışan yüzlərlə həmkarım kimi, media işçiləri üçün inşa olunan ikinci binada mənə də ev hədiyyə etməyiniz bizi hədsiz dərəcədə sevindirdi. Bu gün ailə üzvlərimin sevincinin həddi-hüdudu, tələbə və məktəbli övladlarımın uçmağa qanadı yoxdur.

Cənab Prezident, ailə üzvlərim və qohumlarım adından Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizə və ailə üzvlərinizə həmişə şad və xeyirli günlər qismət eləsin! Allah Sizi daim sevindirsin! Allah Sizi xalqımızın başının üstündən əskik etməsin! Allah Sizi qorusun!

Dərin hörmət və səmimiyyətlə,

Ağahüseyn Şükürov

Azərbaycan Respublikası, Bakı şəhəri.