İlham Əliyev “İntizar” operasının yeni quruluşda premyerasına tamaşa etmişdir

11 may 2010, 20:10
İlham Əliyev “İntizar” operasının yeni quruluşda premyerasına tamaşa etmişdir

Heydər Əliyev Sarayında Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində Xalq Artisti Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda premyerası olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva premyeraya tamaşa etmişlər.

Heydər Əliyev Fondu yeni Beynəlxalq musiqi layihəsini – çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda premyerasını təqdim etmişdir.

Librettonun müəllifi “Üns” yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlamışdır. Tamaşanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın Xalq Artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanovadır.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00