İlham Əliyev “AİTF-2013” Xll Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur

05 aprel 2013, 11:15

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən “AİTF-2013” XII Azərbaycan Beynəlxalq turizm və səyahətlər, həmçinin “HOREX Caucasus 2013” VII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olmuşlar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına məlumat verdi ki, son illər Azərbaycanın turizm potensialını nümayiş etdirmək məqsədi ilə keçirilən bir sıra mühüm tədbirlər bu sahəyə marağı daha da artırmışdır. Bu baxımdan Bakıda hər il ənənəvi keçirilən Beynəlxalq turizm və səyahətlər,  Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgilərinin xüsusi rolu vardır.

Bildirildi ki, Azərbaycanın və ümumilikdə Cənubi Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri - “AİTF” təsis edildiyi gündən etibarən maraqla qarşılanmış və böyük nüfuz qazanmışdır. Məhz buna görə də sərgi iştirakçılarının sayı ildən-ilə artır.

Diqqətə çatdırıldı ki, sərgidə bir sıra aviaxəttlər və avia-agentliklər həm milli qrupların tərkibində, həm də ayrıca stendlərdə təmsil olunur. Türkiyənin “Turkish Airlines”, Çinin “China Southern Airlines”, Qazaxıstanın “Air Astana”, Sloveniyanın “Adria Airways”, Yunanıstanın “Aegean Airlines” şirkətləri və digər aviaşirkətlər sərgidə ayrıca stendlərlə iştirak edirlər.

Dövlətimizin başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış oldular.

“Azərbaycanda istirahət” bölməsi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və xanımına məlumat verildi ki, burada regionlarımızın iqlim xüsusiyyətləri, təbii ehtiyatları və çoxmillətli mədəniyyəti təqdim olunur. Sərgidə şəhər və rayonların ən məşhur kurort zonaları, mehmanxana və pansionatları barədə stendlər də nümayiş etdirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin “Tanay” şirkətinin stendi ilə tanış oldular. Bildirildi ki, şirkət artıq 6 ildir Azərbaycanda uğurla fəaliyyət göstərir. Keyfiyyətli məhsulları ilə seçilən şirkət Azərbaycandakı mehmanxanaların 70 faizini öz məhsulları ilə təmin edir.

Almaniyanın “Wanzi” şirkəti ilə tanışlıq zamanı qeyd olundu ki, ilk dəfədir bu sərgidə iştirak edən şirkətin fəaliyyətinin əsas istiqaməti otel, istirahət və supermarketlər kompleksləri üçün avadanlıq hazırlamaqdır. Şirkət bu sahədə dünyada aparıcı qurumlardan hesab edilir və onun məhsulları yüksək keyfiyyəti ilə seçilir.

Dövlətimizin başçısı və xanımı İsveçrənin “Franke” şirkətinin stendi ilə də tanış oldular. Bildirildi ki, artıq 8 ildir Azərbaycan bazarında yerini tutan bu şirkət ölkədə fəaliyyət göstərən ictimai obyektlər üçün müxtəlif təyinatlı avadanlıqlar hazırlayır. Şirkətin məhsulları İsveçrə ilə yanaşı, İtaliya, Almaniya və Avstriyada istehsal olunur.

Azərbaycan Prezidentinin və xanımının tanış olduğu daha bir stend Almaniyanın “Mühldorfer” şirkətinə məxsus idi. Bildirildi ki, bu şirkət yataq dəstlərinin istehsalı üzrə dünyada aparıcı qurumlardan biridir. 1920-ci ildən fəaliyyət göstərən şirkət dünyanın müxtəlif ölkələrində otel və mehmanxana komplekslərini yataq dəstləri ilə təmin edir. Şirkətin məhsulları yüksək keyfiyyəti və rahatlığı ilə seçilir.

Avstriyanın “Kny Design” şirkətinin stendi ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, bu şirkət işıq dizaynı və dekorativ işıqlandırma sahəsində dünyada böyük nüfuza malikdir. Şirkət işıqlandırma dizaynı sahəsində böyük layihələr reallaşdırır.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya “AF Hotel-Aqua Park” ailəvi istirahət kompleksində yaradılan şərait barədə də məlumat verildi. Bildirildi ki, Xəzər dənizi sahilində yerləşən kompleks təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda analoqu olmayan ailəvi istirahət mərkəzidir. Fəaliyyətə başladığı gündən kompleks həm xarici qonaqların, həm də yerli sakinlərin sevimli istirahət mərkəzinə çevrilmişdir. Qonaqlar burada yüksək səviyyədə otel, əyləncə və idman xidmətlərindən istifadə edə bilərlər.

Diqqətə çatdırıldı ki, “AF Hotel-Aqua Park” qonaqların arzusu ilə paytaxta və regionlara ekskursiyalar da təşkil edir.
İndoneziyanın stendi ilə tanış olan Prezident İlham Əliyevə və xanımına bu ölkənin turizm imkanları barədə məlumat verildi. Qeyd edildi ki, İndoneziya artıq ikinci dəfədir bu sərgidə iştirak edir.

Dövlətimizin başçısı və xanımı Birləşmiş Ərəb Əmirliklərinin stendi ilə də tanış oldular. Prezident İlham Əliyevə bu ölkənin, xüsusilə də Dubayın turizm imkanları barədə məlumat verildi. Bildirildi ki, Bakıdan Dubaya birbaşa aviareysin açılması qarşılıqlı turizm axınını təmin etməyə imkan yaradır.

Türkiyənin stendi ilə tanışlıq zamanı bildirildi ki, bu ölkə sərgidə geniş şəkildə iştirak edir. Türkiyəni təmsil edən şirkətlərin müxtəlif stendlərində ölkənin turizm marşrutları, infrastrukturu barədə geniş məlumatlar əksini tapmışdır.

Diqqətə çatdırıldı ki, son illərdə Türkiyədən Azərbaycana gələn turistlərin sayında artım qeydə alınmışdır. Türkiyənin turizm şirkətlərinin nümayəndələri Azərbaycanda keçirilən bu beynəlxalq sərgiyə böyük önəm verirlər.

Dövlətimizin başçısı və xanımı Bolqarıstan, Sloveniya və Monteneqronun stendləri ilə də tanış oldular.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin işinə uğurlar arzuladılar.

Bu il “AİTF-2013” sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 251 şirkət iştirak edir. Sərgidə bir çox ölkələrin milli stendlərinin fəal iştirakı artıq ənənəyə çevrilmişdir. Builki sərgidə rekord sayda - 20 stend öz milli ekspozisiyası ilə iştirak edir. Onların arasında sərginin daimi iştirakçıları olan Türkiyə, Rusiya, Gürcüstan, Bolqarıstan, Kipr, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya və Misirin milli qrupları vardır. Fransa, Macarıstan, İndoneziya, İran, Monteneqro, Mərakeş, Ukraynanın Krım Muxtar Respublikası, Tailand və Tunisin milli qrupları isə bu il ilk dəfə sərgiyə qatılmışlar.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC-lərin təşkilatçılığı ilə keçirilən sərgi aprelin 6-da başa çatacaqdır. 

SƏNƏDLƏRSərəncamlar21 avqust 2019
18:45
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1659-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan...

21 avqust 2019, 18:45
SƏNƏDLƏRQanunlar21 avqust 2019
18:40
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli ...

21 avqust 2019, 18:40
SƏNƏDLƏRSərəncamlar21 avqust 2019
18:10
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağıdakı hərbi q...

21 avqust 2019, 18:10
SƏNƏDLƏRFərmanlar19 avqust 2019
21:30
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əl...

19 avqust 2019, 21:30
SƏNƏDLƏRFərmanlar19 avqust 2019
20:20
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1661-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haq...

19 avqust 2019, 20:20
SƏNƏDLƏRQanunlar19 avqust 2019
20:15
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Gənclər siyasəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını...

19 avqust 2019, 20:15
SƏNƏDLƏRQanunlar19 avqust 2019
19:55
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 17-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azə...

19 avqust 2019, 19:55