23 noyabr 2021, 16:10

Nəsimi Ələkbərov və başqalarından, Ağcabədi, Azərbaycan


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Sizi və ailənizi Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə təbrik edirik.

Ölkənin ən çətin dövründə Yeni Azərbaycan Partiyasının təməlini qoymuş ümummilli lider Heydər Əliyev tarixin yeni səhifəsini açmaqla həm də müasir Azərbaycan Respublikasının qurucusu kimi yaddaşlarımızda qalıb.

Biz firavan həyata, ümidli sabahlara görə Ulu Öndərə borcluyuq.

Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin!

Dünya durduqca yaşasın Azərbaycan və onun Müzəffər Ali Baş Komandanı!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ələkbərov Nəsimi,

Məmmədov Rəşad,

Həşimov Gündüz,

Salmanov Şəmistan, Qaraxanlı kənd tam orta məktəbinin müəllimləri.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.