23 noyabr 2021, 13:44

Əzizağa Tağıyevdən, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən Lənkəran rayonunun Lüvəsər kəndində yaşayıram, 67 yaşım var. Mən Allahıma təşəkkür edirəm ki, arzum yerinə yetdi, Azərbaycan torpaqları azad olundu. Var olun, sağ olun, cənab İlham Əliyev. Allah-Təaladan Sizə, Mehriban xanıma, övladlarınıza və nəvələrinizə cansağlığı, xoşbəxtlik, uzun ömür və ailə səadəti arzu edirəm. Sizinlə qürur duyuram. Siz bizim ürəyimizə ömürlük həkk olundunuz. Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza sağlamlıq və şəfa versin.

Siz bizi göyün ən yüksək təbəqəsinə qaldırdınız. Sizə minnətdarıq.

Qarabağ Azərbaycandır!

Sonda Qələbəyə həsr etdiyim şeirimi Sizə təqdim edirəm.


Yumruq Zəfər

Yurdum mənim gözəl Vətən.

Azərbaycan, Azərbaycan!

Qurban olsun sənə bu can.

Azərbaycan, Azərbaycan!

Çətin zaman, Ali Baş Komandan,

Bizim İlham etdi bəyan,

Xalqın qalxsın həmən bu an.

Vətənə can, xalqıma can,

Olsun halal Azərbaycan!

Hücum etdik, vurduq yıxdıq,

Tapdaladıq ermənini.

Şəhid oldu, qazi oldu,

Azərbaycan oğulları.

Qalxdıq uca göylərə biz,

Azərbaycan, Azərbaycan!

Dünya bildi, dünya gördü.

Yanan oldu, ləkə aldı,

Təcavüzkar Ermənistan.

Budur tarix, budur əsər,

Bunu yazan oldu İlham.

Sağ ol İlham, var ol İlham,

Yaşa İlham! Tanıtdırdın,

Dünyaya sən bu Vətəni.

Azərbaycan, Azərbaycan!

Hörmətlə,

Tağıyev Əzizağa

Azərbaycan Respublikası, Lənkəran rayonu, Lüvəsər kəndi.