23 noyabr 2021, 12:50

Solmaz Şıxlinskayadan, Bakı, Azərbaycan


Cənab Müzəffər Ali Baş Komandan,

İlk növbədə, Sizi 8 Noyabr - Qələbəmizin ildönümü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Otuz ilə yaxın düşmən tapdağında olan doğma ata-baba torpaqlarımızın Sizin rəhbərliyinizlə şanlı Azərbaycan Ordusunun müharibə meydanında göstərdiyi qəhrəmanlıqlarının sayəsində işğaldan azad olunmasına və Azərbaycan xalqına Vətən müharibəsində bu möhtəşəm Qələbəni yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, noyabr ayının 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Sizə “Türk Dünyasının Ali Ordeni”nin təqdim olunmasına görə Sizi təbrik edirəm.

Cənab Ali Baş Komandan, bu möhtəşəm Orden Sizə, illərlə düşmən işğalında olan doğma torpaqlarımızın azad edilməsinə və ərazi bütövlüyümüzü bərpa edərək türk birliyinə mühüm töhfə verən və bölgəyə sülh və sabitlik gətirən tarixi Qələbəyə görə təqdim olunub.

Müzəffər Ali Baş Komandan, mən Milli Ordumuzun yaradıcılarından biri olan general-leytenant Əliağa Şıxlinskinin varisi olaraq, hər bir Azərbaycan vətəndaşı kimi, Sizinlə fəxr edir və Sizə daha böyük uğurlar arzu edirəm.

Uca Tanrımızdan dua edirəm ki. Sizin rəhbərliyinizlə bizim doğma Azərbaycanımızın qələbələri davam etsin.

Allah Sizi və Azərbaycan xalqını qorusun.

Hörmətlə,

Solmaz Şıxlinskaya,

Qarabağ müharibəsi veteranı, ehtiyatda olan hərbi qulluqçu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.